Siyasət
İcra başçıları üçün həyəcanlı dönəm... - Nədənsə Zakir Fərəcova cəza kəsilmədi...
İsmayıllının gənc icra başçısı Nahid Bağırovun siftəsi korlandı. Yəqin özü də istəməzdi əhvalat belə vaqeə olsun. Ona aprelin 21-də elə bir “sürpriz” etdilər ki, çətin uzun müddət özünə gələ bilsin.
N.Bağırov nə korrupsiyada, nə vətəndaşa qarşı qanunsuzluqda ittiham edilərək cəzalandırıldı, sadəcə, xüsusi karantin rejimini pozubmuş.
Bu, gənc icra başçısının pandemiya dövrü ilə bağlı yaddaşından silinməz izlər buraxacaq. İndi başçı İsmayıllı camaatına çağırış edə bilməz ki, evdə qalın. Adama deyərlər, birinci özün nümunə ol!
Reportyor.info xəbər verir ki, ötən gün sosial şəbəkələr N.Bağırovdan danışrdı. O, karantin rejimini pozmasına görə prezidentin tərəfindən töhmət alıb.
Əslində, Sumqayıtın 66 yaşlı icra başçısı Zakir Fərəcovun küçəyə çıxmasına görə töhmət alacağı gözlənilirdi, amma əvəzində gənc N.Bağırov danlandı. Onun reputasiyasına ciddi bir zərbə oldu.
Məlumata görə, icra başçısı aprelin 18-də turizm sahəsi üzrə bir qrup sahibkarla İsmayıllının Qalacıq kәndindә yerləşən Qovğadar dağına sәyahәt edib.
Əsas mәqsәd dağda piyada turist marşrutu və onunla əlaqədar turizmin digər imkanlarını yerində dəyərləndirmək olub. Sadəcə, N.Bağırov karantin rejimi qaydalarına əməl etməyib.
Yeri gəlmişkən, ilk dəfədir ki, dövlət başçısı sərəncamla bir icra başçısına töhmət verir. Buna qədər hansısa məmur şəxsi işinə yazılmaqla töhmət almışdı. Amma onun elan edilməsi ilkdir.
Üstəlik, bu postda ilk təyinatı olan bir gənc kadrın belə cəzalandırılması ürəkağrıdıcıdır. N.Bağırov səriştəsiz və təcrübəsiz olduğunu göstərib.
Bu da İsmayıllı kimi həssas bir bölgə üçün ciddi hadisədir. 2013-cü ildə Ələkbərovları devirən bu yerin camaatına təyin olunan başçı gərək diqqətli, məsuliyyətli olsun, səhv buraxmasın…
Qeyd edək ki, prezident töhmət alan icra başçısını martın 6-da qəbul edəndə xəbərdarlıq etmişdi. Sitat: “Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq.
Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıbdır. Bundan sonra əgər kimsə dövlət işində, xüsusilə icra başçısı vəzifəsində işləmək istəyirsə, bax, bu prinsiplər əsas olmalıdır” deyə, dövlət başçısı demişdi.
Vəssalam, indi N.Bağırovla eyni vaxtda təyinat alan Neftçalanın gənc icra başçısı Mirhəsən Seyidov “gözü çıxmış qardaş”dan nümunə götürüb diqqətli olmalıdır…
Daha çox xəbər:
DTX əməliyyat keçirəndə başçının halı pisləşir - İDDİA
İsmayıllının yeni başçısı ilə bağlı ilginc iddialar... - Sən demə...
İcra başçısı bacanağını özünə müavin təyin etdi
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin İsmayıllıdakı abidəsini ziyarət edib – YENİLƏNİB
İcra başçıları üçün yeni ƏLƏMƏ DÖNƏMİ... - SİYAHI