Təhsil
18:47, 21 aprel 2020
65
0

İmtahanlarda koronavirusla bağlı sual olacaq - YENİLİK

İmtahanlarda koronavirusla bağlı sual olacaq - YENİLİK
"Martın 1-nə qədər bütün məktəblərdə tədris davam edirdi. Mart ayı üçün nəzərdə tutulan 9-cu sinfin proqramı da əvvəldən nəzərdə tutulmuşdu. Aprel ayında isə 11-ci sinfin imtahanları keçirilməli idi və təxirə salındı".

Regiitv.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

DİM sədri qeyd edib ki, imtahana aid bütün proqramlar noyabr- dekabr ayında elan olunmuşdu: "İki ildir ki, online resurslarımız youtube kanalımıza yerləşdirilmişdi. Kimsə hansı mövzunu keçməyibsə youtube kanalımızda o dərslərə yenidən baxa bilərlər. Hər bir mövzu 7-10 dəqiqəni əhatə edir. Vətəndaşların 90 faizində telefon var. Dərsliklər də hamıya məktəbdə verilib. Dərslərin iki ay olmaması psixoloji cəhətdən şagirdlərə təsir edib. Amma bu o demək deyil ki, onların dərslərini mənimsənilməsində problem yaranır. İmtahanlara salınacaq proqramlar da Təhsil Nazirliyi ilə razılaşdırılacaq. Biologiya fənnindən imtahanlara koronavirusla bağlı suallar da salınacaq. Bu məsələlər yenə də müzakirə olunacaq. Hər bir imtahanın tarixi elan olunanda bütün detallar təsdiqlənəcək".

M.Abbaszadə bildirib ki, qiymətləndirmənin ədalətliliyini qoruyub saxlamaq əsas hədəfləridir: "Kiminsə internetə əlçatmazlığı və imtahanda iştirak etməsi üçün lazımi qurğunun olmaması onun qiymətləndirmədən kənarda qalması demək deyil. Ona görə də bütün alternativ addımları nəzərdən keçiririk".Report
Digər xəbərlər: