Hadisə
Bakıda 54 yaşlı fəhlə havalandırma boşluğundan yıxıldı
Bakıda fəhlə binanın havalandırma boşluğundan yıxılıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, hadisə ötən gün paytaxtın Səbail rayonu, G.Əliyev küçəsi 9 ünvanında, yaşayış kompleksinin həyətində tikilməkdə olan qeyri-yaşayış binasında baş verib.
Belə ki, 1966-cı il təvəllüdlü A.Mazanov qeyri-yaşayış binasının birinci mərtəbəsində yerləşən havalandırma boşluğundan yıxılıb. O, dərhal yaxınlıqdakı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Həkim müayinəsi zamanı ona qabırğaların, sol kürək sümüyünün sınıqları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.