Cəmiyyət
“Çörəkçi” hər gün 1000 ailəyə çörək çeşidlərini təmənnasız çatdırır - VİDEO
“Çörəkçi” zavodunun daxil olduğu “Delta Qrup C.O.” MMC ölkəmizdə tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar olaraq, sosial izolyasiya tədbirlərini, istehsaldan paylaşdırmaya qədər olan bütün mərhələlərdə diqqəti daha da artırıb.
Şirkətin yaydığı məlumata görə, 65 yaşdan yuxarı şəxslərin evdən çıxmaq qadağasını nəzərə alaraq, 3 aprel tarixindən etibarən Sumqayıt ərazisində yaşayan 1 000 aztəminatlı ailəyə hər gün, karantin müddəti bitənə kimi “Çörəkçi” məhsulu olan çörək çeşidləri tam təmənnasız çatdırılır.
“Bu xidmətin özəyində Azərbaycan xalqı olaraq hər zaman yardımsevər olduğumuzu göstərmək, çətin günlərdə imkanı olan şəxslərin ehtiyacı olan kəslərə yardımının nə qədər əhəmiyyətli olduğunu çatdırmaq, insanların üzündə bu günlərdə təbəssümə səbəb olmaq, qəlbində ümid yaratmaq durur. Bu təşəbbüsümüzə dəstəyinə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinə dərin təşəkkürümüzü bildiririk. İcra Hakimiyyətinin birbaşa yardımı ilə, aztəminatlı ailələr ilə əlaqə saxlayaraq, bu prosesə başladıq”, - şirkətin məlumatında deyilir.
“Çörəkçi” zavodu Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti və “Delta Qrup C.O.” MMC-nin vəsaiti hesabına 14 yanvar 2013-cü il ildə təsis edilib. Almaniyanın “Werner&Pfleiderer” şirkətinin avadanlığı və texniki dəstəyi ilə qurulmuş zavodda istehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq olunub. “Çörəkçi” zavodunun gündəlik istehsal gücü 150 tondur.
“Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyət 1999-cu ildə təsis edilib. “Delta Qrup C.O.” MMC-də çoxillik iş təcrübəsinə malik, ixtisaslaşmış 1 150 nəfər əməkdaş çalışır. İki əsas fəaliyyət sahəsi mövcuddur: yerli istehsal və distribüsiya.
Daha çox xəbər:
Nizami rayonunda xüsusi karantin rejimi ilə əlaqədar imkansız ailələrə yardımlar davam etdirilir
Xüsusi karantin rejimində kimlərə icazə, kimlərə qadağa var? - DİN-dən AÇIQLAMA - VİDEO
Azərbaycanda bu gündən karantin qaydalarının daha bir qismi yumşaldılır
2 günlük sərt karantin günlərində sakinlərə kömək - Əlavə zibil qutuları qoyulur
Aztəminatlı ailələrə sosial dəstəklə bağlı RƏSMİ AÇIQLAMA