Cəmiyyət
17:22, 20 aprel 2020
78
0

Yeni direktor Vüqar Səfərlinin kadrlarını KİVDF-dən “təmizlədi”

Yeni direktor Vüqar Səfərlinin kadrlarını KİVDF-dən “təmizlədi”
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Əhməd İsmayılov qurumun bütün əməkdaşlarını işdən çıxarıb.

Anews.az "BakuPost" -a istinadən xəbər verir ki, yeni direktorun bu radikal addımı ilkin araşdırmalardan dərhal sonra baş verib. İşdən çıxarılan şəxslərin kim olması, hansı prinsiplə işə götürlüməsinə nəzər yetirdikdə, Fondun indiyə qədər fəaliyyəti barədə tam təsəvvür yaranır.
Sayt işdən çıxarılan şəxslərin adların da yayıb.

1. Aygün Süleymanova – Prezidentinin Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun müavini Tahir Süleymanovun qızı;
2. Gülgün Zahidli – Əli Həsənovun digər müavini Ərəstun Mehdiyevin qardaşı qızı;
3. Aydın Quliyev – "Bakı-Xəbər” qəzetinin baş redaktoru;
4. Ramin Kərlimli – Vüqar Səfərlinin bacısı oğlu,
5. Elşad Tağıyev - Vüqar Səfərlinin qohumu, kəndçisi
6. Samir Musatafayev – Mətbuat Xidmətinin rəhbəri
7. Mehrac Babayev – "Verso-M” tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı.
M.Babayev həm də müəyyən məsələlərə görə siyasi çevrələrdə yaxından tanınır. Milyonçu bir adamın KİVDF-də görəsən nə işi var? Əldə etdiyimiz məlumata görə, jurnalistlərin binasını qeyri-rəsmi olaraq M.Babayev tikib. Onun burada rəsmi işçi olmasının hansı zərurətdən doğmasını isə yalnız Vüqar Səfərlinin özü bilir.

Bundan əlavə fondun tərkibində olan "Tikinti Şöbəsi”nin 5 əməkdaşı da işilə vidalaşıb.

Fondda köhnə komandadan yalnız Baş mühasib vəzifəsini icra edən Təhminə Yaqubova qalıb. Bu ad bizə jurnalistlərin ev qalmaqalından tanışdı. "Vüqar Səfərli katibəsinə ev alıb” deyənlər Təhminə xanımı qəsd ediblər. Əslində isə o, ev alanda katibə deyildi. KİVDF-nın baş mühasibi və eyni zamanda "Mövqe” qəzetinin mədəniyyət şöbəsinin müdiri idi. Güman ki, evi də məhv qəzet əməkdaşı kimi alıb. Amma onu da deyək ki, T.Yaqubovanın V. Səfərlinin katibəsi kimi təqdim edilməsinin də əsası var. O, Vüqar Səfərlinin "Azərmətbuatyayımı" ASC-nin rəhbəri olan vaxt katibəsi kimi çalışıb. Fonda isə həmişə mühasibatlıq işlərilə məşğul olub.

Qeyd: Fondakı araşdırmaların nəticələri, maaş maxinasiyaları, üzə çıxan başqa maraqlı faktları növbəti günlərdə təqdim edəcəyik.
Digər xəbərlər: