Sosial
Metroda üztanıma ilə ödəniş metodu sınaqdan keçirilir
Moskva metropoliteni yeni ödəniş metodunu testən keçirməyi planlaşdırır. Rusiya paytaxtında üztanıma ilə gediş haqlarının ödənilməsi nəzərdə tutulur.
BEŞ.AZ bizimyol.info -ya istinadən xəbər verir ki, Moskvada bununla bağlı xeyli iş görüblər. Şirkətlərin öz hesabına avadanlıq quraşdırılıb. Biometrik göstəriciləri bank bazasında olan adamlar sınaq prosesində könüllü iştirak edə biləcək. Metropoliten bu testlə prosesin effektliyini yoxlamaq istəyir. Alınarsa, metronun işi bir az da rahat olacaq.
Müştərilərin yeni ödəniş metodundan narahatlığı da var. Sosial şəbəkələrdə təhlükəsizlik məsələləri geniş müzakirə olunur. Moskva metropoliteni hamını sakit olmağa çağırır. Metro rəhbərliyi hər xırda detal haqda düşündüyünü bildirir.
Daha çox xəbər:
Moskvada ermənilər arasında qanlı insident - Ölənlər var
ÖLKƏ Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan olunub
Hərbi məhsullarımız Türkiyədə nümayiş olunacaq
Hamilə Natavan Hebibi yeni Foto
Ağdamda 180 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlanıb