Siyasət
Deputatlar üçün yeni intizam qaydaları hazırlanır
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində deputatların yeni intizam qaydaları hazırlanır.
“Report”un xəbərinə görə, bu barədə həmin komitənin üzvü Erkin Qədirli məlumat verib.
O bildirib ki, bununla bağlı komitədə işçi qrup da yaradılıb:
“Mən də həmin işçi qrupun üzvüyəm. Öz təkliflərimi hazırlayıram və həmin qaydaların sərtləşdirilməsinin tərəfdarıyam. Buraya mövzudan qırağa çıxmaqdan tutmuş, deputatlığa uyğun olmayan işlərə görə intizam tədbirlərin görülməsi aiddir”.
Daha çox xəbər:
"Əgər biz görsək ki, nizam-intizam bundan sonra da pozulur..." - Dövlət başçısı
Siyavuş Novruzov: “Bəziləri seçicisi olmayan şəxslərin müdafiəsinə qalxır, bu, deputat statusuna uyğun deyil”
Azərbaycanda uşaqlara ad verilməsi qaydaları dəyişir
"Rayonların su pasportu hazırlanır" - "Azərsu" sədri
Qazax Sement Zavodunda ÖZBAŞINALIQ - GİLEY