Cəmiyyət
19:23, 07 aprel 2020
95
0

Şəki şəhər Heydər Əliyev Mərkəzində sərgilənən “Süjetli xalça” izləyicilərə virtual formada təqdim olunur

Şəki şəhər Heydər Əliyev Mərkəzində sərgilənən “Süjetli xalça” izləyicilərə virtual formada təqdim olunur
“#Evdəqal” təşəbbüsünə qoşulan Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən başlanılan “#Evdəmədəniyyətimiziyaşadaq” və “#Mədəniyyətbirlikdir” layihələri çərçivəsində Şəki şəhər Heydər Əliyev Mərkəzi sosial şəbəkələr vasitəsilə mərkəzə virtual ekskursiyalar təşkil edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, izləyicilərə təqdim edilən növbəti videoçarxda “Azəripək” MMC-nin xalça sexində əl üsulu ilə pambıq və yun saplardan istifadə olunaraq toxunmuş “Süjetli xalça” hədiyyəsi sərgilənir.
Üç haşiyədən ibarət xalçanın əsas fon hissəsində Heydər Əliyev Fondunun binası və loqosu, Heydər Əliyev Sarayı, Hökumət Evi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Qız qalası, Dənizkənarı Milli Park, “Alov qüllələri” kompleksi, Bakı Televiziya Qülləsi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Beynəlxalq Bankının binası, Bakı şəhərində olan bir çox qədim və müasir binalar, həmçinin Şəki Xan Sarayı təsvir edilib. Bütün fon hissə Azərbaycan xalça rəsmləri, “bulud”, “buta” və digər milli ornament və naxışlardan istifadə edilərək tamamlanıb.

Xalçanın toxunmasına 2011-ci il dekabrın 5-də başlanılıb və 2012-ci il aprelin 22-də tamamlanıb.

Yüksək peşəkarlıqla hazırlanan sənət nümunəsi izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Digər xəbərlər: