Siyasət
Nazirlər Milli Məclisə toplaşacaq
Aprelin 9-da Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair hesabatı müzakirəyə çıxarılacaq.
Oxu.Az-ın məlumatına görə, iclasda nazirlərin, dövlət komitələrinin sədrlərinin iştirakı gözlənilir.
Hökumətin budəfəki hesabatı geniş şəkildə hazırlanıb, bütün sahələr ətraflı təhlil edilib.
Xatırladaq ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edəcək.