Hadisə
ABŞ-da sinaqoqda atışma: ölən və yaralananlar var
![ABŞ-da sinaqoqda atışma: ölən və yaralananlar var ABŞ-da sinaqoqda atışma: ölən və yaralananlar var](/uploads/posts/2019-04/1556428091_750374.jpg)
ABŞ-ın San-Diyeqo şəhərində (Kaliforniya ştatı) silahlı şəxs sinaqoqda insanlara atəş açıb.
BEŞ.AZ Trend-ə istinadən bildirir ki, şəhərin meri bildirib ki, silahlı insident nəticəsində 1 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Sinaqoqda insanlara atəş açan şəxs polislər tərəfindən saxlanılıb.
Ölkə prezidenti Donald Tramp insident nəticəsində həlak olan şəxsin ailəsinə başsağlığı verib.