Cəmiyyət
13:40, 03 aprel 2020
39
0

Deputatlığa namizəd yol polisini məhkəməyə verdi

Deputatlığa namizəd yol polisini məhkəməyə verdi
2015-ci ildə Milli Məclisə keçirilən seşkilərdə deputatlığa namizəd olan şəxs Baş Dövlət Yol Polis İdarəsini məhkəməyə verib.

"Yeni Sabah”ın xəbərinə görə, Baloğlanov Yalçın Məğrub oğlu inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisələrlə bağlı Baş Dövlət Yol Polis İdarəsindən şikayət edib. Məhkəmə iclası Bakı İnzibati Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, 2015-ci ildə 72 saylı yol istismar idarəsində fəhlə kimi çalışan Balaoğlanov Yalçın Məğrub oğlu 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Y.Balaoğlanov deputat mandatı uğrunda müstəqil jurnalist Aysel Əlizadə, müvəqqəti işsiz Ələsgər Qurbanov, YAP-ın gənc namizədi Aysel Əlizadə və Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevlə mübarizə aparıb.
Digər xəbərlər: