Gündəm
Türkmənistan Prezidenti Azərbaycana rəsmi səfərə gələcək
Martın 11-də Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Azərbaycana rəsmi səfər edəcək.
Türkmənistanın Dövlət İnformasiya Agentliyi (TDX) xəbər verir ki, Q.Berdıməhəmmədovun Bakıya səfəri zamanı Azərbaycan-Türkmənistan münasibətlərinin əsas aspektləri, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Bundan əlavə, danışıqlar zamanı ticari-iqtisadi əlaqələrin intensivləşdirilməsinə və şaxələndirilməsinə böyük diqqət yetiriləcəyi gözlənilir.
“Türkmənistan və Azərbaycanın böyük təbii ehtiyat potensialı, o cümlədən böyük karbohidrogen ehtiyatları var və bu strateji əhəmiyyətli sahələrdə səmərəli əlaqələr üçün geniş perspektivlər açır. İki tərəf üçün vacib mövzulardan biri də 2018-ci ilin avqustunda qəbul edilmiş Xəzərin hüquqi statusu haqqında Konvensiyanı nəzərə almaqla Xəzəryanı dövlətlərin beştərəfli əməkdaşlığı üçün müvafiq hüquqi bazanın formalaşdırılmasıdır.
Bundan əlavə, nəqliyyat dəhlizləri, quru və dəniz yük daşımaları yolları danışıqların vacib mövzularından olacaq”, - TDX bildirib.(report)
Daha çox xəbər:
İlham Əliyev Fransa prezidenti ilə Qarabağ münaqişəsini müzakirə etdi
Azərbaycan-Türkiyə əlaqələri son 25 ildə.BİR MİLLƏT İKİ DÖVLƏT.
Spiker: Azərbaycanın qaz ehtiyatları gələcək yüz ildə bizə və tərəfdaşlarımıza kifayət edəcək
Pekində Azərbaycan və Rusiya prezidentləri arasında görüş olub
İranın Xarici İşlər naziri Rusiyaya rəsmi səfər edib