Dünya
22:26, 08 mart 2020
27
0

İtaliyanın şimalında koronavirusla bağlı hərəkət məhdudlaşdırılıb

İtaliyanın şimalında koronavirusla bağlı hərəkət məhdudlaşdırılıb
İtaliya Baş naziri Cüzeppe Konte, dünən gecə, koronavirusun yayılması ilə bağlı Lombardiya və daha 14 əyalətin ərazisinə giriş və çıxış üçün məhdudiyyətlər qoyan sərəncam imzalayıb.
“RİA Novosti”nin verdiyi məlumata görə, sərəncam ölkənin Emilia-Romagna, Marche, Piedmont, Veneto (Venesiya daxil olmaqla) bölgələrini də əhatə edir.

Həmin ərazilərə yalnız müstəsna hallarda, nəzarət altında daxil olmaq və çıxmaq mümkün olacaq mümkün olacaq. Eyni zamanda muzeylər və qalereyalara giriş, mədəni tədbirlər də məhdudlaşdırılıb.

Qeyd edək ki, İtaliya hakimiyyət orqanlarının verdiyi son məlumatlara görə, ölkədə koronavirusa yoluxanların sayı 5,8 minə çatıb, 223 nəfər isə bu virusun qurbanı olub.
Digər xəbərlər: