Dünya
11:43, 05 mart 2020
22
0

Meksikada aslan insanı parçaladı

Meksikada aslan insanı parçaladı
Meksikanın Mexiko ştatında yerləşən Valye-de-Bravo bələdiyyəsi müvəqqəti olaraq məktəblərdə dərsləri dayandırıb.

“Radio Formula” xəbər verir ki, buna səbəb bir neçə gün öncə yerli rançolardan birindən qaçaraq insanı parçalayan aslan olub.

Vəhşi heyvanın axtarışları martın birindən davam edir.

Axtarışa yerli dəniz qüvvələri, ştatın və bələdiyyənin polis əməkdaşları qoşulub.

Hökümət əhaliyə zərurət olmadıqca evdən çıxmamağı məsləhət görüb.
Digər xəbərlər: