Gündəm
ABA-nın sədri: "Əsas məqsəd internet bank xidmətlərinin dəyərinin aşağı salınmasıdır"
Azərbaycanda fəaliyyət göstərən bankların 27-si internet bank xidmətlərini təqdim edir.
Bunu Bakıda keçirilən II "Syber Week 2020" beynəlxalq konfransda çıxış edən Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, hazırda qarşıda duran ən mühüm və mürəkkəb məsələlərdən biri tətbiq edilən yeni texnologiyaların maya dəyərinin endirilməsi və bu yolla müştərilərə təqdim edilən xidmətlərin dəyərinin aşağı salınmasıdır: "Hazırda bütövlükdə maliyyə sektorunun və eyni zamanda iqtisadiyyatın qarşısında duran ən mühüm problem məsələlərdən biri məhz təqdim edilən bu xidmətlərin maya dəyərinin aşağı salınması və təkcə şəhər tipli yerlərdə deyil, həmçinin ən ucqar bölgələrdə belə bu xidmətləri aşağı qiymətə müştərilərə və iqtisadi subyektlər təqdim etməkdir".(apa)
Daha çox xəbər:
Kapital Bank yenilənən Şəmkir filialını istifadəyə verdi
Bank Respublika və ABA ”Nağdsız cəmiyyətə doğru” mövzusunda müsabiqənin qaliblərini elan etdi
“Ziraat Bank Azərbaycan”nın rəhbərliyinə daha bir təyinat olub
"Kapital Bank"ın dəstəyi ilə yerli məhsul və xidmətlər sərgisi keçirildi
31 mindən yuxarı vətəndaş problemli kreditlərlə bağlı kompensasiyasını alıb