Hadisə
10:40, 27 fevral 2020
24
0

Bakıda şok hadisə: Kişi qəflətən metronun çıxışında öldü

Bakıda şok hadisə: Kişi qəflətən metronun çıxışında öldü
Bakıda kişi metronun çıxışında ölüb.

Regiitv.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Məhəmməd Hadi küçəsində, Həzi Aslanov metrosunun çıxışında qeydə alınıb. Belə ki, təxminən, 30 yaşlı kişi metronun çıxışında yerləşən apteklərin birinə qaçaraq dərman alıb. O, qayıdarkən aptekin çıxışında dünyasını dəyişib.

Aptekdən bildiriblər ki, kişi "astma aparatı” alıb.

Hadisə yerinə polis və Təcili Tibbi Yardım çağırılıb. Meyitin kimliyi araşdırılır.
Digər xəbərlər: