Hadisə
10:55, 25 fevral 2020
65
0

Şəki-Qax avtomobil yolunun kənarlarında güclü yanğın baş verib - VİDEO

Şəki-Qax avtomobil yolunun kənarlarında güclü yanğın baş verib - VİDEO
Şəki ərazisində yanğın baş verib.

Oxu.Az xəbər verir ki, avtomobil yolunun kənarlarında qeydə alınan yanğın nəticəsində dörd hektar ərazi yanıb.

Hadisə rayonun Aşağı Göynük və İnçə kəndləri yaxınlığında qeydə alınıb.

Hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon yanğından mühafizə hissəsinin iki yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində qatı tüstü avtomobillərin hərəkətinə çətinlik yaradıb.

Yanğın söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

Digər xəbərlər: