Siyasət
İranda yayılan koronavirusun Azərbaycan turizminə təsiri - Rəsmi açıqlama
Xəbər verdiyimiz kimi İranda bu günə qədər virusa 43 yoluxma halı qeydə alınıb. Onlardan səkkizi ölümlə nəticələnib. Sosial mediada qonşu ölkədə yayılan koronavirusun Azərbaycana təsirləri mövzusu gündəmdədir. Bu problem turizm bazarına necə təsir edəcək?
Bizimyol.info-nun informasiya sorğusuna cavab verən Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib ki,turizm bazarındakı qlobal krisiz Azərbaycanın turizm bazarına da təsir göstərə bilər.
“Agentliyin atdığı addımlar və verdiyi proqnozlar iki faktordan asılıdır. Bu, həm dünyada baş verən qlobal vəziyyətdən, həm də Azərbaycanın sərhəd-keçid məntəqələrində rejimə cavabdeh olan dövlət strukturlarının qərarlarından asılıdır. Biz taktiki gedişlərimizi digər dövlət strukturlarının addımları ilə uyğunlaşdırırıq. Situasiyanın qəlizliyi həm də ondan ibarətdir ki, vəziyyət hər gün mənfiyə doğru dəyişir”,-deyə K.Quluzadə bildirib.
Agentliyin sözçüsü koronavirusun Novruz bayramında Azərbaycana İrandan gələcək turistlərin sayına təsirinə də toxunub: “Bu vəziyyət sərhədin açıq və ya bağlı qalmasından asılı olaraq dəyişəcək. Biz həmin bu qərarlardan asılı olaraq, biləcəyik ki, turizmlə bağlı hansı konkret addımları ata biləcəyik”.
Daha çox xəbər:
AİB: Azərbaycanın turizm sektoru koronavirusa görə 10 mln. dollar itirə bilər
Azərbaycan koronavirus dövründə nə qədər turist itirib? - AÇIQLAMA
İrandan Azərbaycana koronavirus keçə bilər? - Baş infeksionist danışdı
İlham Əliyev və Ümumdünya Turizm Təşkilatının Baş katibi arasında videokonfrans keçirildi - FOTO
Sərhəddə qida təhlükəsizliyi məntəqələri yaradılacaq