Hadisə
Bakıda 3 qardaş kütləvi dava zamanı bıçaqlanıb
Bakının Binəqədi rayonunda kütləvi dava düşüb.
APA xəbər verir ki, hadisə Mir Cəlal küçəsində baş verib.
1994-cü il təvəllüdlü Abışov Röyal Əli oğlu, Abışov Roman Əli oğlu və Abışov İmaməli Əli oğlu kütləvi dava zamanı bıçaqlanıb.
Yaralıların hər üçü 1 saylı Xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralılardan R.Abışova ümümulikdə 6 bıçaq zərbəsi vurulub və vəziyyəti ağırdır.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.
Daha çox xəbər: