Dünya
10:38, 19 fevral 2020
41
0

Barr istefaya verməyə hazırlaşır - Tramp ədliyyə nazirini "etibarsız" adlandırıb

Barr istefaya verməyə hazırlaşır - Tramp ədliyyə nazirini "etibarsız" adlandırıb
ABŞ-ın ədliyyə naziri və baş prokuroru Uilyam Barr ölkə lideri Donald Trampın “Twitter”də Ədliyyə Nazirliyinə aid paylaşımlarına görə istefa məsələsini nəzərdən keçirir.
Bu barədə nazirin ətrafındakı mənbələrə istinadən “The Washington Post” qəzeti bildirib.

Məlumata görə, Barr Trampın yaxınları ilə danışıq zamanı vurğulayıb ki, Ədliyyə Nazirliyinin araşdırmaları haqqında son tvitlərə görə istefa imkanını nəzərdən keçirir. Vaşinqton administrasiyasında güman edirlər ki, Barr Ağ Ev başçısının nazirliyin cari cinayət araşdırmalarını açıq qiymətləndirməsini qurtarmaq zərurətini anlayacağına ümid edir. "Onun öz sərhədləri var", - nəşrin mənbəyi qeyd edib.

Çərşənbə axşamı Tramp “Twitter” paylaşımlarının Barrın işini çətinləşdirməsi ilə razılaşıb. Bu halda ABŞ prezidenti yenidən vurğulayıb ki, o nazirə tam etibar edir.(report)
Digər xəbərlər: