Hadisə
Ana azyaşlı övladını şişlə dağlayıb
Tərtərdə ana azyaşlı övladını yandırıb.
Hadisə rayonun Azadqaraqoyunlu kəndində baş verib.
Kənd sakini Könül Dünyamalıyeva yaşadığı evdə şişi qaz sobasında qızdıraraq oğlu, 2011-ci il təvəllüdlü Telman Dünyamalızadənin bud, çanaq, qol və əlinə basıb.
Uşağın atası R. Dünyamalıyevin şikayətindən sonra Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.(metbuat.az)