Dünya
100 ildən bir görünən hadisə yenidən qeydə alındı - Fotolar
Rusiyada sonuncu dəfə belə unikal hadisə 1915-ci ildə Çeçenistanda qeydə alınıb.
Bizimyol.info xəbər verir ki, 38 yaşlı Boquçar rayon sakini Yevgeniya Baturina bu günlərdə hamiləliyindən xəbərsiz olduğu qız övladını dünyaya gətirib. Onun qızı anasının qarnında bağırsaqları arasında inkişaf edib. Risiya Səhiyyə Nazirliyi bunun son 100 ildə baş vermiş ilk hadisə olduğunu qeyd edib.
Qadın bundan öncə də ana olsa da, öz hamiləliyindən 8-ci aya qədər xəbərsiz olub. O qarnında qeyri- adi tərpənişi hiss edənə qədər fabrikdə qənnadı ustası kimi işləyib.
“Hamiləliyim elə keçdi ki, mən heç nə hiss etmədim. Birdən-birə daxilimdə kəskin ağrı hiss etdim. Qadın həkiminə müraciət edərkən 34 həftəlik hamilə olduğumu dedilər. Anam, ərim , övladlarım hamımız heyrət içindəyik”,- deyə Yevgeniya bildiirb. Rusiyanın baş neonatoloqu Lüdmila İppolitova bildirib ki, bu dünya tibb tarixində nadir görünən hadisələrdən biridir.
“Uşağın ananın qarın boşluğunda yerləşməsi həmişə uğrusuz nəticələnib. Bu həm də ana üçün qorxuludur.Belə olan halda ana ölümü 20 faiz təşkil edir. Lakin bizim situasiyada hər şey yaxşı sonluqla bitib. Körpənin vəziyyəti yaxşıdır. O tam sağlamdır, Heç bir patalogiya yoxdur”.
Daha çox xəbər: