Sosial
14:57, 05 fevral 2020
45
0

Azərbaycanda bu qurumun rəhbəri cərimələndi

Azərbaycanda bu qurumun rəhbəri cərimələndi
Binəqədi Rayon Məhkəməsi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini icra edən Vüqar Abdullayevin inzibati cərimə edilməsi barədə qərar çıxarıb.

Report xəbər verir ki, icra məmurunun tələbini yerinə yetirməməyə görə V.Abdullayevə 2000 manat cərimə yazılıb.

Məhkəmə V.Abdullayevi İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi) maddəsi ilə təqsirli bilib.Məhkəmə işi ilə bağlı əlavə detallar açıqlanmır.

Binəqədi Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Əmanətlərin Sığortalanması Fondu 2007-ci ildə yaradılıb. Fondun icraçı direktorunun müavini Vüqar Abdullayev icraçı direktor vəzifəsini icra edir.
Digər xəbərlər: