Sosial
BDU-nun tələbəsi karantinə alındı
"Çin vətəndaşı Kliniki Tibbi Mərkəzdə (KTM) karantinə alınıb”.
Bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.
O bildirib ki, 22-23 yaşlı çinli oğlan Bakı Dövlət Universitetinin tələbəsidir və bu yaxınlarda Çindən Azərbaycana gəlib:
"Koronavirus təhlükəsi ehtimal olunmur. Sadəcə olaraq, Çindən gəldiyi üçün 14 gün müddətində təhlükəsizlik səbəbilə karantində saxlanılacaq”.
C.İsayev qeyd edib ki, müayinənin nəticələrindən asılı olaraq qərar qəbul olunacaq.
Daha çox xəbər:
Səhiyyə Nazirliyi və İTSDA Çindən təxliyyə edilən tələbələrlə bağlı məlumat yayıb
Damla karantinə alındı
Prezident Çindən təxliyə olunan azərbaycanlılarla bağlı göstəriş verdi
Məktəblərdə dərslər bərpa olunur? - Bas infeksionistdən açıqlama
İrandan Azərbaycana koronavirus keçə bilər? - Baş infeksionist danışdı