Cəmiyyət
14:28, 29 yanvar 2020
51
0

Azərbaycanın sabiq xarici işlər naziri vəfat edib

Azərbaycanın sabiq xarici işlər naziri vəfat edib
Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Qasımov bu gün dünyasını dəyişib.

Bizimyol.info-nun məlumatına görə, AXC-Müsavat hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsini həyata keçirən Tofiq Qasımov hakimiyyət dəyişdikdən sonra İsveçrənin Litsen şəhərində mühacir həyatı yaşayırdı. Azərbaycan xalqının yaddaşında Tofiq Qasımov bir fraza ilə daha çox qalıb desək, yanılmarıq. “Mən öz fəaliyyətimi dondururam”.

İdarəçilikdə problem yaranan zaman xarici işlər naziri kimi fəaliyyətini dondurmaq istəməsi ilə Tofiq Qasımov ümummilli lider Heydər Əliyevin tənqid hədəfinə çevrilmişdi.

Tofiq Qasımov 10 aprel 1938-ci ildə Ağstafa rayonunda anadan olmuşdu. 1988-ci ilin mart-may aylarında Azərbaycan Milli Elmlər Akademiyasının bir neçə əməkdaşı ilə birlikdə Azərbaycan Xalq Cəbhəsinin Proqramının hazırlanmasında iştirak etmişdi. 1989-1990-cı illərdən Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü idi

May 1992-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olunmuş, 1993-cü ilin aprelinə qədər bu vəzifədə işləyib. Azərbaycan Respublikasının Xarici siyasətinin inkişafında öz dövrünə görə müəyyən rolu olmuşdu. Onun 2 qızı olduğu bildirilir.

Azərbaycanın sabiq xarici işlər naziri vəfat edib
Digər xəbərlər: