Cəmiyyət
14:21, 29 yanvar 2020
45
0

Bu şirkət Çindən Bakıya uçuşu dayandırdı

Bu şirkət Çindən Bakıya uçuşu dayandırdı
"China Southern Airlines" aviaşirkəti Quançjou-Bakı-Quançjou birbaşa sərnişin aviareysi üzrə uçuşları dayandırıb.
Bu barədə "APA-Economics"ə şirkətin Bakıdakı ofisindən bildirilib.

Məlumata görə, buna səbəb Çində tüğyan edən koronavirus olub: "Quançjou-Bakı aviareysi cari ilin aprel ayının 1-dək dayandırılıb. Sözügedən reys üzrə uçuşların bərpa olunmasının dəqiq tarixi bilinmir".

Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 132 nəfərə çatıb, ümumilikdə isə təxminən 6 min nəfər bu virusa yoluxub.
Digər xəbərlər: