Cəmiyyət
47 şirkət 454 000 manat məbləğində cərimələndi - RƏSMİ
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən indiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 171 səyyar monitorinq həyata keçirilib. Bunlardan 67-si 2019-cu ildə baş tutub.
APA-nın xəbərinə görə, bunu Agentlik sədri Ülvi Mehdiyev ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib. Onun sözlərinə görə, monitorinq edilmiş işçilərin sayı 6666 olub ki, onlardan da 2661-i 2019-cu ildə olub. Eyni zamanda, monitorinq edilmiş işəgötürənlərin sayı isə 318 olub ki, onlardan da 116-sı 2019-cu ildə edilib.
Ülvi Mehdiyev deyib ki, ümumilikdə monitorinq edilmiş tikinti obyektlərinin sayı 526 olub: "Tikinti sahəsində aparılan monitorinq nəticəsində 43 qayda pozuntusu aşkarlanıb. Bu səbəbdən 47 şirkət 454 000 manat məbləğində cərimələnib".