Cəmiyyət
Azərbaycanda zəlzələ olub
Yanvarın 27-də Mingəçevir şəhəri ərazisində zəlzələ olub.Bizimyol.info xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzin verdiyi məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 05:35-də Mingəçevir stansiyasindan 10 kilometr şimal-qərbdə qeydə alınıb.
Zəlzələ yerin 28 kilometr dərinliyində baş verdiyi bildirilir. Maqnitudası 3,4 olan yeraltı təkanlar Mingəçevir şəhərində hiss olunmayıb.
