Beyləqan rayonunun Yeni Mil qəsəbəsində ümumi sahəsi 240 m² olan məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın çardağının taxta atmaları 50 m² sahədə yanıb.
Bizimyol.info xəbər verir ki, FHN-dən verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.