Gündəm
Əli Əhmədov: “SSRİ-nin süqutundan sonra ən yüksək inkişaf edən dövlətlərdən bəlkə də birincisi Azərbaycandır"
"SSRİ-nin süqutundan sonra ən yüksək inkişaf edən dövlətlərdən biri, bəlkə də birincisi Azərbaycandır".
Bizimyol.info xəbər verir ki, bunu Bakıda BMT ilə Azərbaycan arasında tərəfdaşlığın növbəti beşilliyi üçün prioritet sahələrinin müəyyənləşdirilməsi məqsədilə keçirilən konfransda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müavini Əli Əhmədov bildirib.
Onun sözlərinə görə, BMT ilə strateji əlaqələr davam etdiriləcək: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi nəticəsində vətəndaşlarımız məcburi köçkün düşüblər. Məcburi köçkün probleminin həlli üçün BMT sərt mövqeyini ortaya qoymalıdır. Bu problem ölkəmizin inkişafına mane olur”.
Əli Əhmədov bildirib ki, Azərbaycan 2012-2017-ci illərdə BMT-yə iki hesabat təqdim edib:
"Hesab edirəm ki, 2030-cu ilə qədər dünyanın transformasiyası layihəsi çərçivəsində də Azərbaycan öz töhfəsini verəcək. Azərbaycan dünyanın bir parçasıdır. Azərbaycanın inkişafını dünyanın inkişafından kənarda təsəvvür etmək mümkün deyil. Buna görə də Azərbaycanın inkişaf strategiyasını BMT-nin müəyyən etdiyi inkişaf strategiyasına uyğunlaşdırılması gedir".
Daha çox xəbər:
Əli Əhmədov: "Pensiya və maaşlar yenə artırılacaq"
Əli Əhmədov növbədənkənar seçkilər və ağacəkmə aksiyası haqda danışıb
"Prezident İlham Əliyev Brüsseldə keçirdiyi görüşlərdə Azərbaycanın mövqeyini bir daha ortaya qoydu"
Zakir Həsənov: Yerevan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları qəsdən yubadır
Azərbaycan-Türkiyə əlaqələri son 25 ildə.BİR MİLLƏT İKİ DÖVLƏT.