Dünya
13:58, 10 yanvar 2020
70
0

Konqres Trampın İran üzrə səlahiyyətlərini məhdudlaşdırdı

Konqres Trampın İran üzrə səlahiyyətlərini məhdudlaşdırdı
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə Prezidenti Donald Trampın qanunvericilər tərəfindən icazə olmadan İrana qarşı Silahlı Qüvvələrdən istifadə səlahiyyətlərini məhdudlaşdıran qətnaməni bəyənib.

Xarici mətbuatın verdiyi məlumata görə, qətnamə Prezidentin üzərinə ABŞ administrasiyasının Konqresdən müvafiq icazəni almayana qədər və ya ölkəyə silahlı hücum olmayana qədər İrana qarşı və onun ərazisində hərbi əməliyyatları başlamamaq öhdəliyi qoyur.

Oxşar qətnamə respublikaçılar tərəfindən nəzarət edilən Senata göndərilib. Qətnamənin lehinə 224 , əleyhinə isə 194 səs verilib.(virtualaz.org)
Digər xəbərlər: