Sosial
13:56, 10 yanvar 2020
48
0

Ölkəni bürümüş yanğınla bağlı ordu hazır vəziyyətə gətirildi

Ölkəni bürümüş yanğınla bağlı ordu hazır vəziyyətə gətirildi
Avstraliyadakı meşə yanğınları meqa səviyyəyə çatıb.
Havanın temperaturu 40 dərəcənin üzərinə qalxıb və şiddətli küləklər başlayıb.

Əlverişsiz hava şəraiti yanğını daha böyük sahəyə yayıb. Buna görə də təkcə Viktoriya ştatında 250 min sakinə evlərini tərk etmək üçün xəbərdarlıq olunub.

Baş nazir Skott Morrison orduya təlimat verərək dərhal hərəkətə keçməyə və yanğınsöndürənlərə kömək üçün hazır vəziyyətə gəlməyə çağırıb.

Avstraliya Fövqəladə Vəziyyət Departamentinin şefi Endryu Krisp “qaça bilirsinizsə, qaçın. Ölkənin kimsəsiz və meşəlik ərazilərindən uzaq dayanmalısınız” sözlərini deyib.

Sahil zonalarındakı yanğınlar son 4 ayda 10.3 milyon hektar (103 min kv/km) əraziyə ziyan vurub. Ən az 27 nəfər ölüb, 1 milyarda yaxın heyvan tələf olub. Təkcə 2020-ci ildə mindən çox ev istifadəyə yararlılığını itirib.

Avstraliya sakinləri Morrison hökumətini yanğınlara gec cavab verməkdə, eyni zamanda qeyri-adekvatlıqda ittiham edir.

NASA-nın peyk fotolarında Avstraliyada nəsilləri təhlükə altında olan bir çox heyvanın yaşadığı Kenquru adasının üçdə bir hissəsinin yandığı görünür. “Terra” peykinin fotolarında isə daha əvvəl yaşıl olan sahələrin qəhvəyiyə çevrildiyi açıq şəkildə sezilir.(publika)
Digər xəbərlər: