Cəmiyyət
Nazir jurnalistə vəzifə verdi
Tanınmış jurnalist Elnur Kələntərliyə vəzifə verilib.
Axar.az xəbər verir ki, bu barədə E.Kələntərli özü qeyd edib. O bildirib ki, bundan sonra Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsinin rəisi vəzifəsini icra edəcək.
Qeyd edək ki, bundan əvvəl Elnur Kələntərli DMX-nin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini vəzifəsini icra edirdi.