Siyasət
10:03, 30 dekabr 2019
53
0

YAP-ın milyonçu namizədi ilə bağlı qalmaqallı xəbər yayıldı - Foto

YAP-ın milyonçu namizədi ilə bağlı qalmaqallı xəbər yayıldı - Foto
YAP-ın deputatlığa namizədi, "Embawood' şirkətinin həmtəsisçisi Məşhur Məmmədovla bağlı maraqlı məlumat yayılıb. Məlumatı müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz Facebook profilində paylaşıb.

Məlumata əsasən, Məşhur Məmmədov 2012-ci ildə Nyu-Yorkun senatorlarından olan David Storobinin seçki kampaniyasına maddi dəstək verib. İş adamı əyalət seçkilərinə qatılmış respublikaçı namizədin seçki fonduna 5000 dollar pul köçürüb. David Storobin 1979-cu il təvəllüdlülüdür, ixtisasca vəkildir.

"Xatırladım ki, Masallıdan olan məşhur iş adamı iki il əvvəl Villa Nyu-York yaxınlığında RIVERDALE 335, Lot in Fort Lee ünvanında villa alıb və bunun üçün 1 140 000.00 dollar ödəyib",- Cavanşir Həsənlinin yaydığı məlumatda deyilir.

Məşhur Məmmədov 2012-ci ildə Nyu-Yorkun senatorlarından olan David Storobinin seçki kampaniyasına maddi dəstək verib
Digər xəbərlər: