Siyasət
11:20, 18 dekabr 2019
51
0

Ermənistan ordusu Azərbaycan kəndlərini intensiv atəşə tutub

Ermənistan ordusu Azərbaycan kəndlərini intensiv atəşə tutub
Dekabrın 17-də saat 20:30 radələrindən başlamaqla Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş mövqelərindən “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqamətindəki sərhəd döyüş məntəqələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.

Bizimyol.info xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildiriblər ki, düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.
Digər xəbərlər: