Gündəm
12:49, 10 dekabr 2019
62
0

“Qobu Park-2” yaşayış kompleksinə hansı obyektlərdən köçürülmə aparılıb

“Qobu Park-2” yaşayış kompleksinə hansı obyektlərdən köçürülmə aparılıb
Bu ilin oktyabrın 8-də Bakının Qaradağ rayonunda açılışı olan "Qobu Park-2” yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsi başa çatıb.

Hər cür sosial-texniki infrastrukturla təchiz edilmiş kompleks ölkəmizdə məcburi köçkünlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti Prezident İlham Əliyev davam etdirir, yeni mənzillərə köçürülən ailələrin sayı hər il artır.

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə olan məcburi köçkünlərə yeni mənzillərin birinci növbədə verilməsi barədə tapşırığı icra edilir.

Yeni qəsəbələrin salınmasına özəl sektor da öz töhfəsini verir. Məcburi köçkünlər üçün salınmış 106-cı qəsəbə olan 1300 mənzilli "Qobu Park-2” yaşayış kompleksi də həmin töhfələrdəndir.

Kompleksə Bakı şəhərinin bir neçə rayonunun ərazisində uzun illərdir müvəqqəti məskunlaşmış, yaşayış şəraiti ağır olan məcburi köçkün ailələri köçürülüb. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya departamentinin direktoru Natiq Hüseynov bu barədə məlumat verərkən bildirdi ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qəzalı vəziyyətdə, həyat üçün təhlükəli olması barədə rəy verdiyi binalar ilkin köçürülmə obyektləridir. Köçürülmə vaxtı paytaxtın hər bir rayonundan müvafiq binalar seçilib. Onların sayı çoxdur və köçürülmə mərhələli şəkildə aparılır.

"Qobu Park-2” yaşayış kompleksinə Qaradağ rayonunda- Lökbatan qəsəbəsindəki "Gecə” sanatoriyasında, 221 saylı bağçada, 4, 5 və 7 saylı yataqxanalarda, köhnə "Mebel evi”ində, Səbail rayonunda – Həmkarlar İttifaqının yataqxanasında, Suraxanı rayonunda 1 saylı texniki peşə məktəbində, "Park, 32” ünvanında, Nərimanov rayonunda – "M.Məmmədov, 4” ünvanında yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2 saylı yataqxanasında, "Təbriz küçəsi, 10” ünvanında yerləşən yataqxanada, 39 nömrəli orta məktəbin həyətindəki inzibati binada, "Həsənoğlu küçəsi, 83A” ünvanındakı tikilidə, keçmiş "Tramvay park”ının ərazisində, Nəsimi rayonunda – Azərbaycan Tibb Universitetinin 4 saylı yataqxanasında, Binəqədi rayonunda – "Mir Cəlal küçəsi, 3” ünvanında yerləşən yarımçıq binada, "Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, 2-ci döngə, 14” ünvanında - Dəzgahqayırma zavodunun ərazisindəki binalarda, "1-ci mədən küçəsi, 1288” ünvanında - "Təmir-tikinti” MMC-nin ərazisində, "2-ci mədən” küçəsində - "Binəqədi Oyl” şikətinə məxsus binada, "K.Rəhimov küçəsi, 53A” ünvanında – "Elektroştamp” zavodunun yataqxanasında, "A.Gəraybəyli küçəsi, 9” ünvanındakı 9 saylı yataqxanada, "Delta” MMC-nin binasında, Nizami rayonunda –"Azərsutikinti" xəstəxanasının inzibati binasında, Yasamal rayonunda – "Xiyabani küçəsi, 14” ünvanında yerləşən 2 nömrəli tibb kollecinin yataqxanasında, "Şərifzadə, 196” ünvanında yerləşən xəstəxananın həyətindəki tikililərdə, Xətai rayonunda – "R.Əliyev küçəsi, 12/17” ünvanında uzun illərdən bəri müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürülüb.

Məcburi köçkünlərə mənzillər püşkatma yolu ilə, şəffaflıq prinsiplərinə əməl edilməklə verilib. Onların yeni mənzillərə köçürülməsi dövlət vəsaiti hesabına həyata keçirilib.
Digər xəbərlər: