Dünya
Dünyanın ən gənc qadın baş naziri bu həftə işə başlayacaq
Finlandiyada Sosial Demokrat Partiyasının lideri seçilən 34 yaşlı Sanna Marin dünyanın ən gənc baş naziri olub. Şimali Avropada yerləşən Finlandiyada dövlət idarəçiliyinin qadınlara həvalə edilməsi tendensiyası güclənib.
Bizimyol.info xəbər verir ki, belə gənc yaşda baş nazir postuna gələn ilk qadın olan Marin buna qədər nəqliyyat və rabitə naziri postunu tutub. Daha əvvəl - 27 yaşında olarkən Sanna Marin Tampere əyalətinin meri seçilmişdi.
Ötən həftə ölkədə yer alan siyasi böhranın ardından Anti Rinne həm baş nazir, həm də Sosial Demokrat Partiyasının lideri vəzifələrindən istefa vermişdi. Ardından keçirilən səsvermə nəticəsində Marin həm partiya sədri, həm də baş nazir postuna seçilib. Onun bu həftə and içərək işə başlayacağı bildirilib. Artıq dekabrın 12-də Marinin Avropa Birliyi sammitində Finlandiyanı təmsil edəcəyi gözlənilir. Hazırda quruma məhz Finlandiya sədrlik edir.
Sanna Marinin quracağı hökumətdə qadınların çoxluq təşkil edəcəyi gözlənilir.
Qeyd edək ki, Marin belə gənc yaşlarında baş nazir olan ilk siyasətçi deyil. Daha əvvəl 35 yaşında Oleksey Qonçaruk Ukraynanın və elə həmin yaşda Cakinda Ardern Yeni Zelandiyanın baş naziri olmuşdu.
Daha çox xəbər:
Daha bir nazir İSTEFA VERDİ
81 yaşlı AYB sədri: "Yaşlı nəslin nümayəndələri getməlidir"
"Kobud pozuntulara yol verən 6 vəzifəli şəxs işdən azad edilib" - Nazir
Polkovnik naziri ittiham etdi: Sahil Babayev həddini aşır, ölkədə böyük narazılıq yaradır
Bu rayonlarda yaşayan gənc oğlanlara şad xəbər – Nazir işə qəbul keçirəcək