Cəmiyyət
14:30, 08 dekabr 2019
55
0

Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı

Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
Moskvada iri ticarət mərkəzlərinin sahibi, Azərbaycanın Quba rayonundan olan yəhudi əsilli milyarder Gennadi (Roman) Manaşirov cəzasını çəkmək üçün Rusiyanın ən sərt rejimli həbsxanalarından birinə göndərilib.

Regiitv.az virtualaz.org-a istinadən xəbər verir ki, Manaşirov həbs cəzasını Mordoviyanın Petrozavodsk şəhərindəki 9 saylı islah-əmək düşərgəsində çəkəcək. Bu, Rusiyada məhbuslara qarşı sistemli işgəncələrin tətbiq edilməsi ilə tanınan həbsxanadır.

Xəbər verilir ki, milyarderi noyabrın sonlarında həbsxanaya köçürüblər. O, 12 il həbs cəzası alıb. Manaşirov hüquq-mühafizə orqanlarının əməkdaşlarına rüşvət verməkdə təqsirli bilinib.

Xatırladaq ki, Roman Manaşirov 2015-ci ilin payızında istintaqa rüşvət verdiyinə görə həbs edilib. O, vyetnamlıları qul kimi işlətməkdə ittiham edilərək həbs olunan Januko Rafalovu həbsdən çıxarmaq üçün rüşvət vermişdi. Januko Rafailov da Qırmızı qəsəbədəndir, habelə Manaşirovla yaxın münasibətlərə malikdir. 2016-cı ilinyazında isə onun qardaşı Solomon Manaşirova qarşı cinayət işi qaldırlıb. Lakin o daha cəld tərpənərək Rusiyadan qaçıb.

Belə məlumatlar var ki, əslində Manaşirov qardaşlarının sıradan çıxarılmasının səbəbi onların bizneslərini əllərindən almaq məqsədi güdürdü. Rusiya biznes mediası bir müddət əvvəl Manaşirovların "Columbus" ticarət mərkəzinin satışa çıxarıldığını yazmışdı. haqda xəbərlər var. Görünür kimlərsə Manaşirov qardaşlarının əmlakını ucuz qiymətə ələ keçirmək istəyir

Sahibləri "Columbus" ticrət mərkəzinə 500 milyon dollar qiymət qoyublar. Obyektin bazar dəyəri isə təxminən 400 milyon dollardır. Obyekti almağa "Morgan Stanley" bankı maraq göstərir.
Digər xəbərlər: