Dünya
ABŞ Senatı Pentaqonla razılaşmır
ABŞ Konqresi Pentaqonun Orta Şərqə əlavə 14 min hərbçi göndərmək istəyinə qarşı çıxıb.
Bu barədə “The Wall Street Journal”da məlumat dərc edilib.
Pentaqon rəsmilərinə istinadla bildirilir ki, ABŞ bu yay Orta Şərqə göndərəcəyi ordu birləşməsinə əlavə 14 min əsgər əlavə etmək fikrindədir.
ABŞ-ın Missuri ştatının senatoru Coş Hauler bu məlumatı twitter hesabında “Pentaqon quru
qoşunları müharibəyə hazırlaşır? Bunun səbəbini dinləmək istərdim”, deyə paylaşım edib.
Pentagon isə buna cavab olaraq xəbəri təkzib edib.
ABŞ-ın qlobal təhdidlərə qarşı müdafiə strategiyasıının müzakirəsilə bağlı senator Hauler Pentaqonun Müdafiə Siyasəti üzrə müşaviri Con Ruda sorğu ünvanlayıb.
Müşavir mövzu ilə bağlı bildirib ki, Pentaqon hər zaman Orta Şərqdəki gərginliyi izləyir və Müdafiə naziri Mark Esper lazım olan qədər əsgər heyətində dəyişiklik edilməsi istəyini bildirib: “Lakin Orta Şərqə hələlik 14 min əlavə əsgər göndərilməsi məsələsi gündəmdə deyil”.
Müşavir məsələyə Mark Esperin istəyilə aydınlıq gətiriləcəyini deyib.(apa)