Dünya
16:04, 04 dekabr 2019
33
0

Berlindəki qətlə görə Rusiyanın başı bəlada - SANKSİYALAR

Berlindəki qətlə görə Rusiyanın başı bəlada - SANKSİYALAR
Almaniyanın Berlin Prokurorluğu 2019-cu ilin yayında Berlində öldürülən Gürcüstan vətəndaşının qətlində rəsmi Moskvanı ittiham edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iş sənədləri ölkənin milli təhlükəsizliyinə təhlükə yaratdığı üçün federal prokurora verilib.

Almaniyanın istintaq orqanları şübhəli şəxsin kimliyin müəyyən etdiklərini və onun Rusiya hakimiyyəti ilə bağlı olduğunu düşünür. İşin federal prokurora bu gün verilməsi gözlənilir. Bu halda, Moskvaya qarşı diplomatik və s. sanksiyaların tətbiq olunması gözlənilir.

Xatırladaq ki, avqustun 23-də Berlində parkda çeçen mənşəli Gürcüstan vətəndaşı, Aslan Məshədov və Şamil Basayevin yaxın tərəfdarı Zəlimxan Xanqoşvili killer tərəfindən öldürülmüşdü.
Digər xəbərlər: