Hadisə
Lotereya qalibi iki azyaşlı oğlunu öldürdü, arvadını isə yaraladı
Elektrik Devid Stouks lotereyada 40 min funt sterlinq udan zaman xoşbəxt olan ailə üzvləri, yəqin ki, faciəvi sonluğu heç təsəvvürlərinə belə gətirməmişdilər. Gözlənilməz zənginlik ailəyə böyük bədbəxtlik gətirib.
Bu barədə “Daily Star” xəbər verib.
43 yaşlı Devid lotereyada qalib gəldikdən sonra arvadı Salli ilə münasibətləri pisləşir. Belə ki, qadın ərinin elektron poçtunda əxlaqsız qadınların sifarişi barədə məktublara rast gəlir, həmçinin brauzerin tarixçəsindən kişinin narkotikə aludə olduğunu anlayır. Salli tapıntıları barədə ərinə xəbərdarlıq etdikdən sonra qohumlarına bu barədə danışmaq üçün evdən çıxır. Bundan qəzəblənən kişi evdə qalan oğlanlarını doğrayır.
Salli evə qayıtdıqda isə əri onu da öldürməyə cəhd edir. Lakin qadın küçəyə qaçaraq həyatını xilas edə bilir. O, köməyə çağırdıqda isə cani Sallini zorla yenidən evə salıb.
Hadisə yerinə polislər cəlb olunub. 5 saat ərzində Stouks zabitləri evə buraxmaqdan imtina edib. Qarşıdurmanın sonunda kişi sakitcə qadını 2-ci mərtəbəyə çıxardaraq, kürəyindən bıçaqlayıb.
“Mən kürəyimin isindiyini hiss etdim. Əlimlə toxunduqda, bıçaqlandığımı anladım. Üzümü ona tərəf çevirərək adını çağırdım. Onun üzündə elə ifadə yarandı ki, elə bil qalib gəlib. Bunu heç bir zaman unutmayacağam”, - deyə qadın sonradan ifadəsində bildirir.
Nəhayət Salli polislərin müdafiəsi altında evdən qaça bilib. Hüquq-mühafizə əməkdaşları evə soxulduqda isə Devidin meyiti ilə rastlaşıblar. Ölmüş uşaqlar - 5 yaşlı Metyu və 11 yaşlı Adam isə çarpayıda əl-ələ tutmuş halda tapılır.
Hadisə ilə bağlı istintaq başlanıb.(oxu.az)
Daha çox xəbər:
Bakıda ər başqa kişi ilə gecələyən arvadını öldürdü
Qadın toyuq almağı unudan ərini bıçaqlayaraq öldürdü - Çində qətl
Qadın ərinin başına meyvə qabı və qaz balonu çırparaq öldürdü
Kirayədə qalan qız evə gizli kamera qoydu, otaq yoldaşının görüntülərini yaydı
Bakıda kişi sevgilisini əvvəlcə bıçaqladı, sonra təcili yardım çağırdı — TƏFƏRRÜAT