Cəmiyyət
12:01, 25 noyabr 2019
38
0

Nazirlik rəsmisi Bibiheybətdəki sürüşmənin əsas səbəbini açıqladı

Nazirlik rəsmisi Bibiheybətdəki sürüşmənin əsas səbəbini açıqladı
Bayıl ərazisi sürüşməyə meyilli ərazi olduğundan ciddi nəzarətdə saxlanılır.

Oxu.Az xəbər verir ki, bunu sürüşmə ərazisində jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geologiya Kəşfiyyat xidmətinin rəisi Əziz Qaralov deyib.

O bildirib ki, 2018-ci ilin fevral ayında Bayıl dərəsinin sağ yatağında sürüşmə baş vermişdi:

"Bu sürüşmələrin bir-biri ilə əlaqəli olduğunu demək mümkün olmasa da, xatırladım ki, oktyabr ayında Badamdar ərazisində sürüşmə baş verib. Dünən axşam saatlarında isə Bibiheybət məscidinə yaxın olan bu ərazidə sürüşmə olub. Təxminən yolun 80-100 metrlik hissəsi uçub.

Prosesə insan amili səbəb olub. Keçən həftə bu ərazi barədə məlumat vermişdim. Daima yamac tərəfdə intensivlik olur. Baxmayaraq ki, layların yatım istiqaməti qərb tərəfədir və yamacın təsirindən daima dəniz istiqamətində təzyiq olur.

Atmosfer çöküntülərinin intensiv olması ilə əlaqədar olaraq torpaq qatı ağırlaşır, təzyiq artıq və sürüşmə baş verir. Gəmiqayırma zavodu tərəfdə inşa edilən istinad divarının çökməsi tipli hadisə yenidən baş verib”.

Xatırladaq ki, dünən gecə saatlarında Bibiheybət məscidindən şəhər istiqamətinə gedən yolda sürüşmə baş verib. Yolun hərəkət zolağından biri tamamilə çöküb. Mövcud vəziyyətə görə, həmin yolda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Nəqliyyat vasitələrinin hərəkəti köhnə yolla 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunacaq.
Digər xəbərlər: