Sosial
Nəm hava xroniki xəstəlikləri sürətləndirir
Britaniyalı alimlər nəm iqlim şəraiti ilə xroniki xəstəliklər arasında əlaqəni kəşf ediblər.
BiG.AZ-ın məlumatına görə, Mançester universiteti məsələ ilə bağlı genişmiqyaslı tədqiqat aparıblar. Tədqiqatda 2.5 min könüllü iştirak edib. Onlar artrit, miqren və nevropatik ağrıdan əziyyət çəkən insanlar olublar.
Təcrübə iştirakçıları 15 ay ərzində öz vəziyyətləri haqqında məlumatı qeydə alıblar. Onların smartfonları isə günlərə uyğun olaraq hava haqqında məlumatı toplayıb.
Məlum olub ki, nəm və küləkli havalarda onların vəziyyəti pisləşib, qan təzyiqləri aşağı düşüb. Xroniki xəstəliyə yoluxma riski isə 20 faiz artıb.