Sosial
15:35, 23 oktyabr 2019
47
0

"Mitinqdə iştirak edən elmi işçilər hədələnməsin" - Elmi işçilərin tələbləri açıqlandı

"Mitinqdə iştirak edən elmi işçilər hədələnməsin" - Elmi işçilərin tələbləri açıqlandı
“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşının cəmiyyətdə və dövlət qarşısında siyasi və sosial aktivliyi gücləndirilməlidir. Elmi işçilərə siyasətlə məşğul olmaq haqqında qeyri-rəsmi qadağa ortadan götürülməlidir. AMEA əməkdaşı mitinqlərdə iştirak etdiyinə, çıxış etdiyinə və siyasi aktivlik göstərdiyinə görə işdən çıxarılmaqla hədələnməməlidir”.

Bu barədə AMEA-nın elmi işçisi Yasəmən Qaraqoyunlu AMEA prezidenti, akademik Akif Əlizadənin istefa ərizəsini şərh edərkən bildirib. O, elmi işçilərin AMEA prezidentindən tələblərini açıqladı.

Elmi işçi bildirib ki, AMEA əməkdaşlarına dövlət qulluqçusu statusu verilməlidir: “AMEA-nın rəhbər şəxsləri olan Milli Məclisin deputatları elmi işçilərlə görüşməyiblər və onların problemlərini dövlət səviyyəsində müzakirəsinə nail olmayıblar. AMEA əməkdaşlarının tibbi sığortası olmalıdır. AMEA daxilində nahar fasiləsində əməkdaşlar pulsuz yeməklə təmin olunmalıdır”.

Y.Qaraqoyunlu deyib ki, AMEA büdcəsi şəffaf şəkildə xərclənməlidir: “AMEA-nın evsiz olan əməkdaşları evlə təmin olunmalıdır. AMEA-da Xarici Əlaqələr Bölümündə dövlət büdcəsindən maaş alan tərcümə qrupu fəaliyyət göstərməlidir. Yazdığımız məqalələri bu qruplar tərcümə etməli və impakt jurnallarda yayılmasını təmin etməlidir. AMEA-da doktorluq işinin müdafiəsində sovet dövründən qalmış bürokratik əngəllər aradan qaldırılmalıdır. Dünyada elmi dərəcənin bir pilləsi kimi nəzərdə tutulmuş “elmlər namizədi” adı ləğv edilməlidir. Elmi dərəcəsi olan (PSD) şəxs birbaşa doktor adlandırılır və təkrar “elmlər doktoru” dərəcəsi almaq, müdafiə etmək kimi bir məcburiyyət və qayda dünyanının heç bir ölkəsində yoxdur”.

Elmi işçi bildirib ki, elmi işçilərin çap etdirdiyi məqalələrə görə heç vaxt qonarar almayıblar: “Qonarar vermə ənənəsi bərpa olmalıdır. VAQ-da qeydiyatda olan elmi jurnallarda çap olunmaq pulsuz olmalıdır. Aldığımız maaş az olduğuna görə pulla məqalə çap etdirmək imkanımız yoxdur. Pulsuz çap olunmaq imkanı isə ildə yalnız bir dəfə mümkün olur. Beləliklə ilə yalnız bir iki məqalə çap etdirmək imkanımız olur. Sosial elmlərlə bağlı jurnallar ildə bir dəfə yox, demək olar ki, hər üç aydan bir nəşr olunsa məqalə çap etdirmək imkanımız genişlənər. Xaricdə məqalə çap etdirmək fərdi təşəbbüslər və əlaqələr vasitəsilə yox, hər institutun öz daxilində rəhbərlik səviyyəsində təşkil olunmalı və asanlaşdırılmalıdır”.
Digər xəbərlər: