Təhsil
Nazirdən vahid məktəbli forması ilə bağlı - AÇIQLAMA
Məktəblərdə müxtəlif dizaynda vahid məktəbli formalarının olması nəzərdə tutulur.
Oxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov YAP-ın inzibati binasında keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qanunvericiliyə görə, müxtəlif formada hazırlanmış bir neçə dizayn təsdiq ediləcək:
"Ancaq məktəbli formasının hansı dizaynda olmasına məktəbin direktorları və valideyn komitəsi ilə müzakirəsindən sonra qərar veriləcək. Formaların hansı dizaynda olmasını məktəblərin seçməsi mürəkkəb məsələdir. Ayrı-ayrılıqda məktəblərdə vahid məktəbli formasının olması nəzərdə tutulub . Bu, o demək deyil ki, bütün ölkədə bir nümunə məktəbli forması istifadə olanacaq”.
C.Bayramov qeyd edib ki, valideynlərlə qərarlar qəbul edilib, standartlara uyğun seçilən məktəbli forması daha uyğun formada olacaq:
"Müxtəlif dizaynla qəbul edəcəklər. Valideynlərlə seçim etdikdən sonra mütəxəssislər tərəfindən standartlara uyğun seçilən məktəbli formaları daha keyfiyyətli olacaq”.