Dünya
Ərdoğan Bakıda dollardan imtina etməyi - TƏKLİF EDİB
"Beynəlxalq ticarətin dollar əsaslı olması qeyri-müəyyənlik şəraitində risklər yaradır".
FED.az xəbər verir ki, bunu oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü ndə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Buna görə iqtisadiyyatlarımız üzərindəki valyuta təsirini azaldacaq mexanizmləri tətbiq etməliyik. Yerli valyutalarla ticarətə əhəmiyyət verdiyimizi xüsusilə qeyd etmək istəyirəm", - Ərdoğan bildirib.