Şou
15:14, 02 oktyabr 2019
34
0

Akif İslamzadə: “Məni səhv başa düşüblər”

Akif İslamzadə: “Məni səhv başa düşüblər”
Dünən bir çox mətbuat orqanlarında hörmətli sənətkarımız, Xalq artisti Akif İslamzadənin müsahibəsi təqdim olundu və yazıya onun dilindən verilmiş başlıq- “Cəhənnəmdəkilərin çoxu qadındır” müzakirələrə səbəb oldu.
Bilən, bilməyən hər kəs qocaman sənətkara hücum çəkdi. Hər zaman çox mədəni, öz etikası və hərəkətləri ilə yerini bilən bir insan kimi tanıdığım Akif İslamzadənin bu sözləri ifadə etməyəcəyini bildiyim üçün onunla əlaqə saxlamaq istədim.

Akif İslamzadənin Bizimyol. info saytına söylədiyi ilk söz “səhərə qədər həyəcanımdan yatmamışam” sözü oldu: “İnanın ki, mənim sabaha qədər gözümə yuxu getməyib. İndi də həyəcanlıyam, danışmağa çətinlik çəkirəm. Mənim dediyim sözlər qalıb kənarda fərqli bir kontekstən yanaşıb, paradoksal bir başlıq veriblər. Bu mənə yaraşmaz. Həmin gün mən Aygün Səmədzadənin dəvət etdiyi bir təqdimat mərasimindəydim. İçəridə oturmuşdum. Gördüm bir neçə xanım ayaqüstə qalıb, gənc qadınlar idi. Ayağa qalxıb onlara yer vedim. Dedilər “siz oturun, Akif müəllim, yaşlı adamsıznız”. Buna baxmayaraq mən qadının ayaq üstə qaldığı yerdə oturmağı özümə rəva bilmədim, yer verib dəhlizə çıxdım və jurnalist mənə yaxınlaşdı. Yəni mən qadınlara hörmətlə yer verib, sonra necə deyə bilrəm ki qadınların çoxusunun yeri cəhənnəmdir?

Bu fikir tamam başqa bir söhbətin içərisindən yarandı. Peyğəmbərimizn hədislərində var, deyib ki tarixin sonu yaxınlaşanda qadınlar yer üzündə daha çox hakim vəzifələrdə olacaqlar. Görünüşcə qadının kişidən bir fərqi olmayacaq, ərəblər yüksək binalar tikmək uğrunda bir-birləri ilə yarışacaqlar. Bütün bunlar Dəccalın gəlişinin ilk əlamətləri olacaq. Mən bu günlərdə bir instituta getmişdim. İşləyənlərin hamısı qadınlar idilər. AŞPA-da dövlət qurumlarında işləyənlərin çoxusunun qadınlardan ibarət olması barədə şərtlər qoyulur.

Yəni qadına verilən hakimiyyətin tarixin sonuna dair bir əlamət olduğunu demək istəmişəm. Həm də bu fikirlər mənim deyil, sonuncu peyğəmbərimiz həzrəti Məhəmmədin dedikləridir. O Merac edib və əshabələrin sualına cavab olaraq cəhənnəmdə qadınların sayının kişilərin sayından çox olduğunu bildirmişdi. Amma Məhəmməd peyğəmbər eyni zamanda qadına, anaya qoyulan hörmət barəsində də çox dəyərli bir hədis söyləyib.

Ondan soruşurlar ki, cənnəti qazanmaq üçün kimə hörmət etmək lazımdır. Deyib ki, anaya, anaya, yenə də anaya. 3 dəfə anaya cavabı verdikdən sonra atanıza hyörmət edin, cənnət anaların ayağı altındadır deyib”,- deyə hörmətli sənətkarımız bildirdi. “Öz yaradıcılığı boyu hər zaman qadınlara qarşı ülvi duyğulardan oxuyan biri olaraq mən qadınlara qarşı hörmətsiz fikirdə ola bilərəmmi?. Mənim mahnılarımda hər zaman qadına hörmət, sevgi olub. Mən oxuduğum mahnıların mətnini özüm seçirdim, diqqət yetirirdim.İndikilər sevgini yox, ehtirası təbliğ edirlər. Biz qadına ülvi məhəbbətdən bəhs etmişik”.
Digər xəbərlər: