Dünya
Müfti: “Çoxarvadlılığın leqallaşdırılması qadın hüquqlarının qorunması deməkdir”
Moskva müftisi İldar Alyautdinov Rusiyada çoxarvadlılığın qanuniləşdirilməsini təklifini irəli sürüb.
Bizimyol.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, müfti bunu qadınların kişilərə nisbətən daha çox sosial problemlərinin olması ilə əlaqələndrib.
Müfti bildirib ki, bu praktika dünyanın bir çox ölkələrində tətbiq edilir. Alyautdinov misal olaraq bəzi dinləri, o cümlədən İslam dinini misal göstərib.
Müfti həmçinin qeyd edib ki, Rusiyada qadınların sayı kişilərdən 10 milyon nəfər çoxdur. Bundan əlavə bir çox qadınlar ya dul qalıb, ya da boşanıblar. “Çoxarvadlılığın leqallaşdırılması qadın hüquqlarının qorunması demək olar”- deyə müfti vurğulayıb.
Rusiyalı ilahiyyatçı əlavə edib ki, çoxarvadlılıq qadınların bərabərhüquqlu ikinci arvad kimi yaşaması üçün mexanizm yaratmağa imkan verəcək.
Daha çox xəbər:
Qadın həbsxanasına dəhşətlər - Bakirəliyin itirilməsi, faciəvi ölümlər...
Azərbaycanda piylənmədən əziyyət çəkən qadınların sayı açıqlandı
Əcnəbiyə ərə gedən Azərbaycan qadınlarının sayı əcnəbi ilə evlənən kişilərin sayından daha çox olub
Münasibətlər zamanı qadınlar hansı səhvləri buraxır? - KİŞİLƏRİN RƏYİ
Azərbaycanda qadınlarla bağlı təklif: 2021-ci ilədək...