Sosial
15:41, 24 sentyabr 2019
47
0

Bakıda keçiriləcək bal yarmarkasına hazırlıqlar başlandı

Bakıda keçiriləcək bal yarmarkasına hazırlıqlar başlandı
28 sentyabr-18 oktyabr tarixlərdə keçiriləcək 20-ci Respublika Sərgi-Satış Yarmarkasına hazırlıq başlanıb.

Bizimyol.info xəbər verir ki, yarmarkanın keçiriləcəyi Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında, Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində çadrlar quraşdırılır.

Küləyə davamlı çadırlar quraşdırılır.

Eyni zamanda soyuq günlərdə həm arıçılar, həm də alıcıların rahatlığını təmin etmək məqsədilə çadırlarda istilik sistemi quraşdırılacaq.
Digər xəbərlər: