Cəmiyyət
Atasından imtina edən Selcan atasını təkzib etdi: “Profilim oğurlanmayıb” - Video
Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina edib.
Bizimyol.info xəbər verir ki, o, sosial şəbəkədə açıqlama yayaraq atası tərəfindən özünə və anasına qarşı şiddət göstərildiyini bildirib.
Qızının bəynatından sonra Fuad Qəhrəmanlı açıqlama verərək Selcanın profilinin oğurlandığını bildirib.
Hazırda Niderlandda təhsil alan Selcan feysbukda canlı yayım açaraq atasının bu açıqlamasını təkzib edib. O, profilinin oğurlanmadığını, yazdıqlarının həqiqət olduğunu bildirib.
Qeyd edək ki, siyasətçinin qızı yaydığı bəyanatda anasının barmaqlarının, özünün isə dizininin sındırıldığını qeyd edib.